Elmar Məmmədyarov Xorvatiyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib FOTO


Siyasət 04 Sen 2019 21:54:00 236 0

Elmar Məmmədyarov Xorvatiyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib  FOTO

Nazir Elmar Məmmədyarov Xorvatiya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Branko Zebiçi qəbul edib.

Nazirlikdən Son.az-a verilən məlumata görə, görüşdə tərəflər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərini müzakirə edərək, ikitərəfli strateji əlaqələrin hazırkı səviyyəsini məmnunluqla qeyd ediblər.

Səfir Branko Zebiç etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Nazir Elmar Məmmədyarov Xorvatiyanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardılar.