Bu xəstəlikləri olanlar mütləq balqabaq yesin! Faydaları


Digərləri 04 Sen 2019 21:59:00 245 0

Bu xəstəlikləri olanlar mütləq balqabaq yesin!  Faydaları

Şübhəsiz ki, balqabaq ən faydalı tərəvəzlərdən biridir. Onun tərkibində müxtəlif vitamin və minerallar, qıdalı liflər və s. vacib maddələr var.

Son.az saglamolun.az-a istinadən bildirir ki, balqabaq bir çox xəstəliklər və pozulmalar zamanı yaxşı kömək edir.

- Qəbizlikdən əziyyət çəkənlər mütləq balqabaq yeməlidir. Balqabaq bağırsaqların normal fəaliyyəti üçün çox vacib olan kalium və qidalı liflərlə zəngindir.

- Dəmir və mislə zəngin olduğundan balqabaq qanın tərkibini yaxşılaşdırır və bu səbəbdən qanazlığı zamanı faydalıdır.

- Balqabaq qaraciyərin ən sevimli tərəvəzidir.

- Kaliumla zəngin olan balqabaq ürək və damarların sağlamlığını qoruyur.

- Balqabaq beta-karotinlə zəngindir. Beta-karotin orqanizmdə A vitamininə çevrilir. Bu vitamin yaxşı görmə üçün çox vacibdir.

- Balqabaq orqanizmi çox yaxşı təmizləyir və cavanlaşdırır.

(adsgarden = window.adsgarden || []).push({});