Qanın laxtalanmasını sürətləndirir, sinə ağrılarını azaldır MÖCÜZƏVİ BİTKİ


Digərləri 04 Sen 2019 21:21:00 263 0

Qanın laxtalanmasını sürətləndirir, sinə ağrılarını azaldır  MÖCÜZƏVİ BİTKİ

Reyhan əsasən subtropik və tropik ölkələrdə daha çox yayılıb. 200 növü olan bu bitki xarici görünüşlərinə görə oxşar olsalar da, ətirləri müxtəlifdir.

Qədim Romada belə bir inanc olub ki, insan reyhan yeyərkən yenidən can qazanır, Hindistanda isə onu müqəddəs bitki hesab edibilər.

Son.az medicina.az-a istinadən bildirir ki, hazırda reyhanın ətirli, adi, yevgenol və nanəyarpaq növlərindən daha çox istifadə olunur. Ölkəmizdə yalnız adi reyhan becərilir. 

Adi reyhan ətirli və ədviyyəli xüsusiyyətə malikdir, xoş iyinə görə mixəyi və muskat tozunu xatırladır. Reyhan universal otlardan biridir, həm ayrıca istifadə olunur, həm də digər bitki və ədviyyatlarla birlikdə yeməklərin tərkibinə qatılır.   Reyhan ətirli olduğuna görə termiki təsirə məruz qalmır və onu həm soyuq, həm də isti xörəklərə qatırlar. Qurudulmuş reyhan bağlı qablarda 3-6 ay, təzə reyhan isə soyuducuda bir həftəyə qədər təravətini saxlayır. Sağlamlıq üçün reyhanın çox böyük əhəmiyyəti var.   Bitkinin yarpaqlarından hazırlanan duru ekstrakt qanda protrombinin miqdarını artırır və qanın laxtalanmasını sürətləndirir. Xalq təbabətində reyhanın meyvələrindən dəmlənmiş çay soyuqdəymədən əmələ gələn sinə ağrılarında yumşaldıcı təbii vasitə kimi qəbul edilir. Reyhan yarpaqlarının çayı ürəyi qüvvətləndirmək, dəmləməsi isə mədənin fəaliyyətini və iştahanı artırmaq üçün içilir.   Orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırır, böyrək və sidik yollarının iltihabını aradan qaldırır, köp əleyhinə təsir göstərir. O, həmçinin, dərini canlandırır, aknelərə qarşı tətbiq olunur və sakitləşdirici təsir göstərir.

(adsgarden = window.adsgarden || []).push({});