DSX və DGK sədrləri "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsində olublar


Digərləri 04 Sen 2019 21:15:00 223 0

DSX və DGK sədrləri "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsində olublar

"Qırmızı Körpü" sərhəd-keçid məntəqəsinin infrastrukturunun təkmilləşdirilməsi prosesində görüləcək işlər barədə müzakirələr aparılıb.

Bakı. Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Azərbaycanın Gürcüstanla dövlət sərhədində yerləşən "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsində mövcud vəziyyətlə tanış olublar. DGK-dən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsinin infrastrukturunun təkmilləşdirilməsi prosesində görüləcək işlər barədə müzakirələr aparılıb. Son zamanlar sərnişin və yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artması baxımından sərhəd təhlükəsizliyinin təminatı tədbirlərinin gücləndirilməsi ilə yanaşı, sərhədkeçmə məsələlərinin daha da təkmilləşdirilməsi, o cümlədən dövlət sərhədindən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində sərhəd və gömrük nəzarətinin sürətləndirilməsi və daha səmərəli təşkilinə dair konkret tapşırıqlar verilib.