Davudoğlu ilk dəfə AKPdən çıxarılmasından danışdı


Dünya 04 Sen 2019 20:48:07 208 0

Davudoğlu ilk dəfə AKPdən çıxarılmasından danışdı

Əhməd Davudoğlu üzvü olduğu AKP-dən ixrac edilməsi qərarı ilə bağlı ilk dəfə açıqlama verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Davudoğlu bununla bağlı Tvitter səhifəsində yazıb:

"AKP-nin ixrac etmək istədiyi şəxslər deyil, daha əvvəl haqqında danışdığımız prinsiplərdir. Söylədiklərimizin arxasındayıq".

Qeyd edək ki, Davudoğlu 31 mart bələdiyyə sədri seçkilərindən sonra baş verənlərlə bağlı AKP-də fikir ayrı-seçkiliyi olduğunu və partiyanın parçalanma təhlükəsi yaşadığını bildirmişdi.