Rusiyada qeyriadi toy:


Dünya 04 Sen 2019 20:30:00 265 0

Rusiyada qeyriadi toy:

Moskvanın 6 nömrəli İstintaq Təcridxanasında nəzarət altında olan transseksual evlənib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu, cəzaçəkmə müəssisələrində qeydə alınmış ən qeyri-adi toylardan biridir və qadın təcridxanasında baş tutub.

Hazırda adı nazar olan transseksual əvvəllər qadın olub və onu Anastasiya deyə çağırıblar. Nazar fırıldaqçılığa görə həbs edilib.

Nazarın həyat yoldaşının adı isə Yelenadır. Mərasimdə gəlin ağ libasda olub və əlində gül dəstəsi tutub. Eyni zamanda, qadının əlində sevgi rəmzi olaraq üç ədəd şar olub.

Yelena bildirib ki, bu vaxta qədər üç dəfə ərdə olsa da, bəxti gətirməyib. Ərlərindən biri spirtli içki aludəçisi olub, digəri isə ona xəyanət edib. Təzə gəlin üçüncü əri barədə danışmaq istəməyib. Buna görə də o, kişilərdən xoşu gəlmədiyini etiraf edib.