Sumqayıt Dövlət Dram Teatrı 51ci teatr mövsümünə start verib FOTO


Kriminal 04 Sen 2019 20:15:00 277 0

Sumqayıt Dövlət Dram Teatrı 51ci teatr mövsümünə start verib  FOTO

Sumqayıt Dövlət Dram Teatrı 51-ci teatr mövsümünə start verib.

50-ci teatr mövsümünü müvəffəqiyyətlə başa vuran Sumqayıt Dövlət Dram Teatrında 51-ci mövsümün ilk toplantısı keçirilib.

Teatrın direktoru Əməkdar artist Mübariz Həmidov hər kəsi salamladı, cari mövsümün kollektiv üçün məhsuldar il olmasını arzuladı. Direktor ötən il hazırlanan müxtəlif janrlı tamaşalardan, həyata keçirilən yeni layihələrdən,  hər birinin uğurla nəticələnməsindən və bu proqresin davamlılığından danışdı. Prezident  İlham Əliyevin  böyük dramaturq-yazıçı C.Cabbarlının yubileyi ilə əlaqədar verdiyi sərəncama əsasən sənət ocağında "Solğun çiçəklər" faciəsinin hazırlanaraq 51-ci mövsümün açılışında  nümayiş etdirilməsinin  nəzərdə tutulduğunu deyən Mübariz Həmidov eyni zamanda teatrımızın, incəsənətimizin dünya miqyasında tanıdılması üçün kollektivimizin öhdəsinə düşən məsuliyyəti vurğuladı.

O bildirdi ki, Sumqayıt Dövlət Dram Teatrı 51-ci mövsüm  bir neçə festivala qatılacaqdır. Bunun üçün  yaradıcı heyətin əzmlə, şövqlə çalışmasının vacibliyini dilə gətirən Əməkdar artist Mübariz Həmidov  qarşıda duran planlardan da  söz açdı. Daha sonra teatrın baş rejissoru xalq artisti Firudin Məhərrəmov fikirlərini kollektivlə bölüşdü.  Xalq artisti son zamanlar  hazırlanan PR kompaniyalara, müxtəlif maarifləndirici layihələr irəli sürdüyünə, həmçinin kollektiv daxili mükafatlandırma tədbiri keçirildiyinə görə direktora xüsusi minnətdarlıq bildirdi.  Direktorun ideya müəllifi olduğu bir sıra layihələr sayəsində tetra  tamaşaçı axınının da artığını,  axşam tamaşalarının anşlaqla keçdiyini söyləyib. İclasda cari mövsümdə həyata keçirilməsi nəzərdə tutulan bir sıra  məsələlər müzakirə olunub.