İranda zəncirvari qəza:


Dünya 04 Sen 2019 19:46:00 307 0

İranda zəncirvari qəza:

İranın qərbində yerləşən Kirmanşah vilayətində zəncirvari qəza baş verib. Hadisə nəticəsində 1 nəfər həlak olub, 4 nəfər yaralanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, vilayətin yol polisi rəisi Fəzlulla Şiri bildirib ki, "Paykan" markalı avtomobillə toqquşan yük maşını "Pride" markalı avtomobilin üzərinə aşıb.

İranın cənubundakı Buşehr vilayətində isə 2 motosikletin toqquşması nəticəsində 2 nəfər həlak olub, 2 nəfər isə yaralanıb.