İranda zəncirvari qəza - Ölən və yaralananlar var


Digərləri 04 Sen 2019 19:40:00 189 0

İranda zəncirvari qəza - Ölən və yaralananlar var

İranın qərbində yerləşən Kirmanşah vilayətində zəncirvari qəza baş verib.

Bakı. Elnur Bağışov - İranın qərbində yerləşən Kirmanşah vilayətində zəncirvari qəza baş verib. Hadisə nəticəsində 1 nəfər həlak olub, 4 nəfər yaralanıb. Trend-in məlumatına görə, vilayətin yol polisi rəisi Fəzlulla Şiri bildirib ki, “Paykan” markalı avtomobillə toqquşan yük maşını “Pride” markalı avtomobilin üzərinə aşıb. İranın cənubundakı Buşehr vilayətində isə 2 motosikletin toqquşması nəticəsində 2 nəfər həlak olub, 2 nəfər isə yaralanıb.