“TurAz Qartalı 2019” birgə taktiki təlimlərində döyüş uçuşları keçirilir VİDEO FOTO


Digərləri 04 Sen 2019 18:44:03 214 0

“TurAz Qartalı  2019” birgə taktiki təlimlərində döyüş uçuşları keçirilir  VİDEO  FOTO

Ölkəmizdə keçirilən "TurAz Qartalı - 2019" birgə taktiki təlimlərində Azərbaycan və Türkiyənin aviasiya vasitələrinin uçuşları keçirilir.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, təlimlərdə iştirak edən hər iki ölkənin hərbi aviasiyası müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqların yerinə yetirilməsi məqsədilə uçuşlar həyata keçirir. Qeyd edək ki, Pakistan Hərbi Hava Qüvvələrinin nümayəndələri təlimlərdə müşahidəçi qismində iştirak edir.

(adsgarden = window.adsgarden || []).push({});