İsveçdə soydaşımız məhkəməyə jüri üzvü seçildi


Digərləri 04 Sen 2019 17:41:00 238 0

İsveçdə soydaşımız məhkəməyə jüri üzvü seçildi

İsveç Krallığının Partille bələdiyyə məclisinin qərarı ilə Turan Əliyev 2020- 2023-cü illər üçün Göteborq bölgə məhkəməsinə jüri üzvü seçilib.

Bu barədə Son.az-a diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. Onun sözlərinə görə, məhkəmə Göteborq, Öckerö, Harrida, Kungalvs, Mölndals və Partille bələdiyyələrində 779.833 nəfər sakini əhatə edir: "İsveç məhkəmə sistemində jüri üzvləri siyasi partiyalar tərəfindən namizəd göstərilir, bələdiyyə məclisi tərəfindən qəbul olunur.

Lakin bu, siyasi vəzifə sayılmır. Məhkəmə prosesində 3 jüri üzvü və 1 hakim qərarın verilməsində bərabər hüquqa və səs haqqına malikdirlər".

P.S.Turan Əziz oğlu Əliyev 1983-cü ilin 22 yanvar tarixində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaraxanbəyli kəndində ziyalı ailəsində anadan olub.