Funtsterlinqin məzənnəsi son üç ilin minimumuna enib


Dünya 04 Sen 2019 18:04:00 249 0

Funtsterlinqin məzənnəsi son üç ilin minimumuna enib

Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi məsələsi ilə bağlı parlamentlə Baş nazir arasında qarşıdurma fonunda funt-sterlinqin məzənnəsi dollara nisbətdə üçillik minimuma enib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Boris Consonla razı olmayan deputatların Brexit prosesini təxirə salmağa çalışdıqları bir vaxtda funt-sterlinqin məzənnəsi ucuzlaşaraq 1,20 dollara düşüb. Bu da 2016-cı ilin oktyabr ayından bəri qeydə alınan ən aşağı göstəricidir.

Bu gün Britaniya parlamentinin deputatları ölkənin Avropa İttifaqının tərkibindən sazişsiz çıxmasının qarşısını almaq məqsədilə səsvermə keçirəcəklər. Hökumət isə buna cavab olaraq deputatları oktyabrın 14-də növbədənkənar seçki ilə hədələyib.

Məlum olduğu kimi, Böyük Britaniya Avropa İttifaqını oktyabrın 31-də tərk etməlidir.