Bakıda kişi oğurladığı pulla özünə maşın aldı FOTO


Kriminal 04 Sen 2019 17:50:00 195 0

Bakıda kişi oğurladığı pulla özünə maşın aldı  FOTO

Səbail rayonu Badamdar qəsəbəsində yaşayan M.Yüzbirovun evindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, zərərçəkən bu barədə Səbail rayon Polis İdarəsinə müraciət edərək evdə olmadığı müddətdə mənzildən 12500 ABŞ dolları pulun oğurlandığını bildirib.

Polislər tərəfindən hadisə yerinə baxış keçirilib və müvafiq istintaq-əməliyyat tədbirlərinə başlanılıb.

Səbail RPİ-nin Cinayət Axtarış Şöbəsi ənməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Şirvan şəhər sakini Mübariz Zülfüqarov tutularaq istintaqa təqdim edilib.

O. ifadəsində törətdiyi oğurluq hadisəsini etiraf edib.

Araşdırma zamanı müəyyən edilib ki, M.Zülfüqarov mənzildən oğurluq edəndən sonra həmin pulla özünə yeni avtomobil alıb. Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq əməliyyat tədbirləri davam etdirilir.