Oğuzda Qəbələ sakinindən qanunsuz tüfəng götürüldü


Digərləri 04 Sen 2019 17:09:00 236 0

Oğuzda Qəbələ sakinindən qanunsuz tüfəng götürüldü

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Son.az-a verilən məlumata görə, sentyabrın 3-də Oğuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xaçmaz kəndi ərazisində Qəbələ rayonu Zərgərli kənd sakini Qafqaz Əhmədxanovdan müvafiq sənədləri olmayan "TOZ-28" markalı təklülə ov tüfəngi aşkar edilərək götürülüb.