"Nargilə" kafesi yaxınlığında avtobus qəzası:


Digərləri 04 Sen 2019 16:48:00 273 0

"Nargilə" kafesi yaxınlığında avtobus qəzası:

Bakının Xətai rayonunda - "Nargilə" kafesinin yaxınlığında avtobusla minik avtomobili toqquşub.

Son.az xəbər verir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə gələn təcili tibbi yardım avtomobili müxtəlif dərəcəli bədən xəsarətləri olan iki qadın götürüb:

"Həkimin verdiyi məlimata görə, toqquşma nəticəsində qadınlardan birinin ayağı travmatik amputasiya olunub. Ağır vəziyyətdə olan yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Yaralılar barədə yeni məlumat daxil olduqda əlavə məlumat veriləcək".