Turistlərə İranın bu ərazisinə getmək qadağan edildi,


Dünya 04 Sen 2019 16:55:00 274 0

Turistlərə İranın bu ərazisinə getmək qadağan edildi,

İranın İsfahan vilayətinin Nətənz rayonunun Əbyanə kəndinə getmək turistlərə qadağan olunub.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Nətənz rayonu Əbyanə kəndinin icra nümayəndəsi Əli Abidini deyib.

Ə.Abidininin sözlərinə görə, bu addım kənddə Məhərrəm ayının 9 və 10-cu günləri, Tasua və Aşura mərasimləri zamanı izdihamın qarşısını almaq məqsədilə atılıb.

İcra nümayəndəsi əlavə edib ki, Əbyanədə əhalinin bir hissəsi böyük şəhərlərdə yaşayırlar. Lakin Məhərrəm ayı mərasimləri üçün kəndə gəlirlər:

"Sadəcə öncədən otellərdə rezerv edən turistlər kəndə gələ bilərlər".