Bişkek şəhər məhkəməsi:


Dünya 04 Sen 2019 16:22:00 251 0

Bişkek şəhər məhkəməsi:

Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayevin tutulması qanunidir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı sentyabrın 4-də Bişkek şəhər məhkəməsi qərar qəbul edib.

Bundan əvvəl Bişkekin Pervomaysk rayon məhkəməsi Almazbek Atambayevin oktyabrın 26-dək həbs olunması ilə bağlı qərar qəbul etmişdi. Sabiq Prezidentin vəkili Sergey Slesarev Pervomaysk rayon məhkəməsinin qərarından yuxarı instansiyaya şikayət etmişdi.

Qeyd edək ki, Atambayevin tutulması ilə bağlı keçirilən əməliyyat zamanı 136 nəfər yaralanıb, bir xüsusi təyinatlı həlak olub.