Ailəsinə yardım edən əsgərin qolu qopdu


Dünya 04 Sen 2019 16:03:00 219 0

Ailəsinə yardım edən əsgərin qolu qopdu

Türkiyənin Qəhrəmanmaraş şəhərində faciə baş verib. Tarlada ailəsinə yardım etmək istəyən əsgərin qolu qopub.

Son.az bizimyol-a istinadən xəbər verir ki, bir neçə günlük məzuniyyətə gəlmiş əsgər Ramazan Dəmirçi qarğıdalı toplayan maşının nasazlığını aradan qaldırmaq üçün çalışarkən qolu maşının çarxına ilişərək qopub.

Əsgər təcili şəkildə Adana Dövlət Xəstəxanasına aparılıb.