Bakıda evdən oğurluq edən Neftçala sakini tutuldu


Kriminal 04 Sen 2019 16:08:00 243 0

Bakıda evdən oğurluq edən Neftçala sakini tutuldu

Xətai rayonu ərazisindəki evlərin birindən oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən içərisində 3200 manat və 703 ABŞ dolları olan pulqabını oğurlamaqda şübhəli bilinən Neftçala rayon sakini T.Şirxanova saxlanılıb.