Qusarda dəhşət: 5 nəfər xəsarət aldı,


Digərləri 04 Sen 2019 15:27:00 298 0

Qusarda dəhşət: 5 nəfər xəsarət aldı,

Qusarda baş verən yol nəqliyyat hadisəsi nəticəsində 5 nəfər xəsarət alıb, onlardan biri ölüb.

Son.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yaralı 39 yaşlı Pərvanə Babayevanın xəsarətləri ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb.

Digər yaralılar - 53 yaşlı Cəbrayılov Zeynulla, 29 yaşlı Elina Sevzixanova, 26 yaşlı Gülmirə Babayeva və 28 yaşlı Minə Qurbanova qapalı kəllə-beyin travması və müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hazırda onların müalicələri davam etdirilir.