Bakıda evdən oğurluq edən Neftçala sakini tutulub


Digərləri 04 Sen 2019 15:07:00 278 0

Bakıda evdən oğurluq edən Neftçala sakini tutulub

Xətai rayonu ərazisindəki evlərin birindən oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.

Bakı. Xətai rayonu ərazisindəki evlərin birindən oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən içərisində 3200 manat və 703 ABŞ dolları olan pulqabını oğurlamaqda şübhəli bilinən Neftçala rayon sakini T.Şirxanova saxlanılıb.