Agentlik sədri: "Hotelçilik sahəsində xidmət səviyyəsinin keyfiyyətini artırmaq əsas hədəflərdəndir"


Digərləri 04 Sen 2019 15:00:00 202 0

Agentlik sədri: "Hotelçilik sahəsində xidmət səviyyəsinin keyfiyyətini artırmaq əsas hədəflərdəndir"

Hotelçilik sahəsində mövcud potensialı inkişaf etdirmək və xidmət səviyyəsinin keyfiyyətini artırmaq Dövlət Turizm Agentliyinin əsas hədəflərindəndir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Agentliyin sədri Fuad Nağıyev Azərbaycanda səfərdə olan Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının ("HOTREC") prezidenti Jens Zimmer Kristensenlə görüşündə deyib.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid ölkədə hotelçiliyin inkişafı üçün mühüm addımlar atıldığını söyləyib. O, bunun tərkib hissəsi olaraq ötən il Azərbaycan Hotel Assosiasiyasının yaradıldığını bildirib.

Görüş zamanı Azərbaycanın turizm imkanları, hotelçilik, bütövlükdə turizm sənayesinin inkişafı barədə müzakirələr aparılıb.

Müzakirələrdə qonaqpərvərlik sənayesində beynəlxalq təcrübənin öyrənilməsi, eləcə də təcrübə mübadiləsinin aparılmasının vacib məqamlardan olduğu diqqətə çatdırılıb.