“Ora ip bağlamaqla duan qəbul olunur?” FOTO


Şou-biznes 04 Sen 2019 14:24:00 293 0

“Ora ip bağlamaqla duan qəbul olunur?”  FOTO

İstirahətdə olan rəqqasə Fatimə Fətəliyeva İzmirdə müqəddəs yer hesab edilən Məryəm Ana Evini ziyarət edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, arzullarının reallaşması üçün dilək lövhəsinə oğlu Hüseynlə birlikdə ip bağlayıb.

Fatimə, eyni zamanda, video çəkə-çəkə ailə üzvləri üçün dua edib. Lakin rəqqasənin bu görüntüləri sosial şəbəkə istifadəçiləri tərəfindən müzakirə olunub.

İzləyicilər Fatiməni cahillikdə ittiham ediblər. Onlar paylaşıma "İnciməyin, hələ də bu düşüncədə olan insanlar var", "Ora ip bağlamaqla nə olur ki? Dualarınız qəbul olunur? 21 əsrdə yaşayırıq, dini savadsızlıq hələ də var", "hansısa daşa və ölüyə inanırlar", "Bu da təzə çıxıb, dua edərək video çəkirlər", "Belə şeylərə inanmaqdansa, gedin, dua edin" kimi şərhlər yazılıb.