Bakıda evdən xeyli miqdarda pul oğurlayan qadın tutuldu


Kriminal 04 Sen 2019 14:15:00 308 0

Bakıda evdən xeyli miqdarda pul oğurlayan qadın tutuldu

Bakıda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən içərisində 3200 manat və 703 ABŞ dolları olan pulqabını oğurlamaqda şübhəli bilinən Neftçala rayon sakini T.Şirxanova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.