Bağçada uşaqlar arasında bakterial dizenteriya, skarlatina, sətəlcəm aşkarlanıb


Digərləri 04 Sen 2019 14:10:00 279 0

Bağçada uşaqlar arasında bakterial dizenteriya, skarlatina, sətəlcəm aşkarlanıb

Ötən il ərzində məktəbəqədər təhsil müəssisələrində uşaqlar arasında qeydə alınan xəstələnmə hallarının çoxu qrip və yuxarı nəfəs yollarının kəskin infeksiyası ilə bağlı olub.

Bakı. İlhamə İsabalayeva - Ötən il ərzində məktəbəqədər təhsil müəssisələrində uşaqlar arasında qeydə alınan xəstələnmə hallarının çoxu qrip və yuxarı nəfəs yollarının kəskin infeksiyası ilə bağlı olub. Trend-in məlumatına görə, 2018-ci il ərzində məktəbəqədər təhsil müəssisələrində uşaqların xəstələnmə hallarının sayı 32 891 olub. Onların 31505-i dövlət, 1386-sı qeyri-dövlət müəssisələrinin payına düşüb. Müəssisələrdəki xəstələnmə hallarının 26 034-ü 3 və yuxarı yaşda olan uşaqlar arasında qeydə alınıb.