Rusiya Ermənistandan balıq idxalını qadağan etdi


Dünya 04 Sen 2019 13:57:00 273 0

Rusiya Ermənistandan balıq idxalını qadağan etdi

Rusiyanın Dövlət Baytarlıq və Fitosanitar Nəzarət Xidməti Ermənistandan balıq idxalına müvəqqəti qadağa tətbiq edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, qərar "Qoyteks" şirkətinin balıq məhsullarında "zelyonka" məhlulunun aşkar olunması ilə əlaqədardır.

Qeyd olunur ki, sentyabrın 5-dən etibarən bu müəssisənin məhsullarının Rusiyaya idxalına məhdudiyyət qoyulub.

Bundan başqa, Qazaxıstandan idxal olunan süd məhsulunda bağırsaq çöpünü aşkar olunması ilə əlaqədar bu məhsulun idxalı da qeyri-müəyyən müddətə qadağan edilib.