Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirilən müsabiqə başa çatıb FOTO


Digərləri 04 Sen 2019 13:37:32 68 0

Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirilən müsabiqə başa çatıb  FOTO

Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirdiyi açıq heykəltəraşlıq müsabiqəsi başa çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Heydər Əliyev Mərkəzinin nümayəndəsi Zafiq Xəlilov deyib.

Münsiflər heyətinin qərarı yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Landşaft memarlığı, bağça-park və şəhər heykəltəraşlığı sahələrində işləyən peşəkar heykəltəraşların qatıldığı müsabiqəyə ümumilikdə 26 layihə təqdim edilib. Ötən müddət ərzində təqdim olunan ərizə və eskizlər (maketlər) Heydər Əliyev Mərkəzində, eləcə də müsabiqənin elektron poçt ünvanında qəbul olunub.

Z.Xəlilovun sözlərinə görə, müsabiqədə tanınmışlarla yanaşı, gənc rəssam-heykəltəraşlar və əcnəbi müəllif də iştirak edir. Müsabiqədə iştirak edənlər arasında Azərbaycanın məşhur heykəltəraşları - Xalq rəssamları Xanlar Əhmədov, Natiq Əliyev, Ömər Eldarov, Səlhab Məmmədov, Əməkdar rəssam Azad Əliyev, həmçinin Cəlil Qaryağdı da var. Azərbaycandan kənarda yaşayan tanınmış heykəltəraş Rahib Həsənov da müsabiqəyə layihə təqdim edib.

Müsabiqəyə Azərbaycanın bölgələrindən də (Gəncə şəhəri və Saatlı rayonu) heykəltəraşlar qoşulublar. İctimaiyyətdə böyük maraq yaratdığına görə peşəkarlarla yanaşı, həvəskarlar da müsabiqəyə qatılıblar. Belə ki, ixtisasca hüquqşünas olan, həvəskar heykəltəraş İlkin Məmmədov layihə təqdim edənlər arasındadır.

Təqdim olunan eskizlərdə Hacı Zeynalabdin Tağıyevin faytonu, buxara papağı, ənənəvi libası, təsbehi, əsası, orden və medalları, bənnaçılıqdan başlayaraq tikinti ustası və təşkilatçısı kimi formalaşması, onu milyonçuya çevirən neft buruqları, təhsilə qayğısı əsas elementlər kimi göstərilir.

Bakının 2 küçəsində rənglənmə işləri aparılacaq like
  • 04 Sen 13:37  
Digərləri Bakının 2 küçəsində rənglənmə işləri aparılacaq

Səbail rayonu, Əziz Əliyev küçəsində və Yasamal rayonu, Əsəd Əhmədov

arrow Ətraflı
"Qalatasaray"ın keçmiş futbolçusu Bakı toylarında müğənnilik edir  İDDİA VİDEO like
  • 04 Sen 13:35  
Digərləri "Qalatasaray"ın keçmiş futbolçusu Bakı toylarında müğənnilik edir İDDİA VİDEO

Sosial şəbəkələrdə Türkiyənin "Qalatasaray" klubunun keçmiş

arrow Ətraflı
Zərdab və Ağdaş sakinlərindən ov tüfəngi götürülüb like
  • 04 Sen 13:32  
Digərləri Zərdab və Ağdaş sakinlərindən ov tüfəngi götürülüb

Zərdab və Ağdaş sakinlərindən ov tüfəngi götürülüb

arrow Ətraflı
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri məlum oldu like
  • 04 Sen 13:30  
Digərləri Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri məlum oldu

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri mə

arrow Ətraflı
TÜRKSOY-un Gənclər Kamera Orkestri Bakıda çıxış edəcək (FOTO) like
  • 04 Sen 13:26  
Digərləri TÜRKSOY-un Gənclər Kamera Orkestri Bakıda çıxış edəcək (FOTO)

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Gənclər Kamera O

arrow Ətraflı
“Alan olsa, ərə gedəcəm” like
  • 04 Sen 13:21  
Şou-biznes “Alan olsa, ərə gedəcəm”

Aparıcı Zümrüd Bədəlova İnstaqram "Story"də tamaşaçıların

arrow Ətraflı
SOCAR AQŞ "Qərbi Abşeron" yatağında qazma layihələrini uğurla həyata keçirir like
  • 04 Sen 13:15  
Digərləri SOCAR AQŞ "Qərbi Abşeron" yatağında qazma layihələrini uğurla həyata keçirir

Kompleks qazma və quyu xidmətləri göstərən SOCAR AQŞ bu günlərdə "

arrow Ətraflı
Azərbaycan və Rusiya arasında təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr baş tutub like
  • 04 Sen 13:14  
Digərləri Azərbaycan və Rusiya arasında təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr baş tutub

Bakıda Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla rusiy

arrow Ətraflı
Bakıda şagirdlərə dərsliklər paylanılır  FOTO like
  • 04 Sen 13:12  
Digərləri Bakıda şagirdlərə dərsliklər paylanılır FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məkt

arrow Ətraflı
9 yaşlı qızla NİKAH LƏĞV EDİLSİN like
  • 04 Sen 13:08  
Dünya 9 yaşlı qızla NİKAH LƏĞV EDİLSİN

İran hakimiyyəti 9 yaşlı qızla 28 yaşlı oğlanın nikaha girməsinə mün

arrow Ətraflı
Yarıtmaz fəaliyyətin acı nəticələrini özgələrə yükləmək cəhdi... like
  • 04 Sen 13:06  
Siyasət Yarıtmaz fəaliyyətin acı nəticələrini özgələrə yükləmək cəhdi...

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə kö

arrow Ətraflı
Aİİ rektoru Ceyhun Məmmədovun kitabı çapdan çıxıb like
  • 04 Sen 13:05  
Digərləri Aİİ rektoru Ceyhun Məmmədovun kitabı çapdan çıxıb

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru ilahiyyat üzrə fəlsəfə

arrow Ətraflı