TÜRKSOY-un Gənclər Kamera Orkestri Bakıda çıxış edəcək (FOTO)


Digərləri 04 Sen 2019 13:26:14 232 0

TÜRKSOY-un Gənclər Kamera Orkestri Bakıda çıxış edəcək (FOTO)

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Gənclər Kamera Orkestri Orta Asiya və Azərbaycan turnesinə çıxıb.

Bakı. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Gənclər Kamera Orkestri Orta Asiya və Azərbaycan turnesinə çıxıb. Kollektivin səfəri Qazaxıstandan başlayıb. Trend-in məlumatına görə, orkestr avqustun 27-dən sentyabrın 2-dək Qazaxıstanın Türkistan, Şımkent, Taraz şəhərlərində konsertlər verib. Kollektiv sentyabrın 4-də Qırğızıstanın paytaxtı Bişkekdə çıxış edəcək. Ayın 6-da yenidən Qazaxıstana qayıdaraq Almatı şəhərində konsert verəcək. Daha sonra isə kollektiv Bakıya gələcək. Sentyabrın 9-da TÜRKSOY-un Gənclər Kamera Orkestri M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında çıxış edəcək. Qeyd edək ki, 2010-cu ildə yaradılan orkestr dünyanın müxtəlif şəhərlərində 60-a yaxın konsert verib. On ölkəni təmsil edən gənc ifaçılardan ibarət orkestrə üç dirijor – Azərbaycandan Mustafa Mehmandarov, Qazaxıstandan Ənvər Əkbərov və Tatarıstandan Renat Salavatov rəhbərlik edirlər.