17 il çipsi, sosiska yediyinə görə kor qalan oğlanın FOTOsu


Dünya 04 Sen 2019 12:59:00 260 0

17 il çipsi, sosiska yediyinə görə kor qalan oğlanın FOTOsu

Yeniyetmənin 17 il boyunca ancaq fastfud yediyinə görə kor qalması barədə xəbər vermişdik.

Son.az The Sun-a istinadla xəbər verir ki, onun ailəsi mətbuata açıqlama verib və fotoları əldə edilib.

Britaniyanın Bristol şəhər xəstəxanasında müalicə alan Harvey Dyer bu yaşına qədər qəbul etdiyi qidalara diqqət etmədiyinə görə görmə və eşitmə qabiliyyətini itirib.

Harvey Dyerhazırda nə eşidə bilir, nə də ki görə. Həkimlərin dediyinə görə, ilk dəfədir ki, belə halla rastlaşırlar.

Onlar bildirib ki, uşaq 17 yaşına qədər ancaq fri, çipsi, sosiska, kolbasa və başqa fastfud məhsulları yeyib. O, meyvə xoşlamayıb. Nəticədə yaranan vitamin əksikliyi onun gözlə beynini əlaqələndirən sinir sistemini zədələyib.