Qaradağda qəzaya uğrayan avtomobilin sürücüsü xilas edildi


Digərləri 04 Sen 2019 11:10:00 234 0

Qaradağda qəzaya uğrayan avtomobilin sürücüsü xilas edildi

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda "Shacman" markalı yük avtomobili yol kənarındakı beton maneəyə çırpılıb.

Nazirlikdən Son.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.​