Porno aktyor çəkiliş zamanı öldü


Digərləri 04 Sen 2019 11:33:00 275 0

Porno aktyor çəkiliş zamanı öldü

Yeni çəkilişlərə başlayan porno aktyor İspaniyada lüks bir villada çəkiliş zamanı ölüb.

Son.az ölkə.az-a istinadən bildirir ki, ölümün ilkin səbəbi infarkt olub.

20 yaşlı oğlan çəkilişin sonunda hovuzda çimmək qərarına gəlib. Beləliklə, film çəkildikdən sonra onu götürəcəyini vəd edən bir dostunu gözləmək üçün vaxt keçirtmək istəyib. Rejissorlar onu hovuzun dibindən tapıblar. Aktyorun bədəni sudan çıxarıldığı zaman artıq cəsəd cansız olub. Hadisə yerinə gələn tibb işçiləri kişini həyata qaytarmağa cəhd göstəriblər, lakin onların cəhdi uğursuz olub. Polis və həkimlər aktyorun öldüyünü bildiriblər. Hadisə Sevilya yaxınlığında yerləşən Mayrena-del-Alxarafe şəhərində yaşayış kompleksində baş verib.

Yerli polis, ehtimal ki, yaşayış məntəqəsinin mərkəzindəki barda bir ofisiant olaraq çalışan bir adamın ölüm hallarını araşdırmağa başlayıb. Onun adı istintaqın maraqlarına görə açıqlanmır. Hüquq-mühafizə orqanlarının əməkdaşları ehtimal edirlər ki, gənc adam hovuzda infarkt keçiriləndən sonra boğulub. Onlar həmçinin, zərər çəkmiş şəxsin pornoya çəkilmədən əvvəl narkotik və ya spirtli içki qəbul etdiyini aydınlaşdırmaq üçün açıqlama və analizlərin nəticələrini gözləyirlər.

(adsgarden = window.adsgarden || []).push({});