İkinci ərindən də ayrılan Sevda nişanlanıb?


Şou-biznes 04 Sen 2019 12:23:00 252 0

İkinci ərindən də ayrılan Sevda nişanlanıb?

Müğənni Sevda Sanəliyevanın sosial şəbəkədəki paylaşımları müzakirələrə səbəb olub.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçi fotolardan birində barmağındakı üzüyünü nümayiş etdirib. Onun görüntüsünə izləyiciləri müxtəlif şərhlər yazıblar.

Barmağındakı üzük Sevdanın yenidən nişanlanması haqda dedi-qoduların yayılmasına səbəb olub. İzləyiciləri də müğənniyə bununla bağlı suallar ünvanlayıblar. Onlar Sanəliyevaya "Yenidən kiməsə aşiq olmağınız, gözlərinizdən, hərəkətlərinizdən görünür", "Bəs üzük?", "Nə tez oldu bu xeyir iş? Yeni boşanmışdınız ki", "Təbriklər, Allah gözəl bəxt versin" kimi şərhlər yazıblar.

Sevda isə izləyicilərinə "Onun reklamı ürəyimdədir" yazaraq, gülmək emojiləri ilə reaksiya verib. O, xəbərləri nə təsdiq, nə də inkar edib.

Digər paylaşımlarda isə Sevdanın yenidən rəqs etməyə başlaması diqqət çəkib. Ailəli olduğu ərəfədə rəqqasəlikdən uzaqlaşan sənətçi artıq köhnə işinə qayıtmağa hazırlaşır. Sanəliyeva rəqs videolarına yazılan tənqidlərin qarşısını almaq üçün şərh bölümünü də bağlayıb.