Nobel Oil Services şirkəti Yay Təcrübə Proqramını uğurla bitirib


Digərləri 04 Sen 2019 12:22:01 523 0

Nobel Oil Services şirkəti Yay Təcrübə Proqramını uğurla bitirib

Nobel Oil Services törəmə şirkətləri GLENSOL və PROKON ilə birlikdə 2019-cu ilin yay təcrübə proqramını uğurla bitirib.

Bakı. Nobel Oil Services törəmə şirkətləri GLENSOL və PROKON ilə birlikdə 2019-cu ilin yay təcrübə proqramını uğurla bitirib. Proqram, 40 faizi xarici ölkələrdən müraciət edənlər olmaqla, ümumilikdə 1200-dən çox tələbəni cəlb edib və beləliklə seçim prosesində yüksək rəqabət təmin edilib. Bakalavr və magistr təhsili alan 20-dən çox tələbə real iş şəraitində praktiki təcrübə qazanmaq və şirkətin biznes fəaliyyəti və dəyərləri ilə tanış olmaq üçün təcrübəçi kimi seçilib. Təcrübəçilər əməliyyatlar, tikintinin idarəetməsi, SƏTƏMM, təchizat zəncirinin idarə edilməsi, hüquq, maliyyə və mühasibat, insan resursları, ictimaiyyətlə əlaqələr və digər sahələrdə çalışıblar. "İnkluzivlik və bərabər imkanları təşviq etmək daimi olaraq işə qəbul prosesimizin əsas xüsusiyyətidir. Göstərdiyimiz səylərin nəticəsi olaraq seçim prosesində həm bölgələrdəki, həm də paytaxtdakı tələbələr nəzərdən keçirilib və proqrama dəvət olunub" deyərək Nobel Oil şirkətinin qrup üzrə insan resursları meneceri Ellada Alışova qeyd edib. "Ümid edirik ki, tələbələr Nobel Oil şirkətində qazandıqları təcrübə və bilikləri gələcək karyeralarında tətbiq edəcək və çalışdığı bölgələrdə peşəkar işçi qüvvəsinin inkişafında fəal iştirak edəcəklər" - deyə o, əlavə etdi.