Masazırda avtoyuma məntəqəsində faciə:


Digərləri 04 Sen 2019 12:18:00 312 0

Masazırda avtoyuma məntəqəsində faciə:

Abşeron rayonunda avtomobil yuyan şəxsi elektrik cərəyanı vurub.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsində, "Əlincə" Futbol klubunun qarşısındakı avtoyuma məntəqəsində baş verib.

Avtoyuma məntəqəsində işləyən Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Aqapov Vadim Viktoroviç "Zil" markalı yük avtomobilini yuyarkən açıq elektrik xəttinə toxunub.

Nəticədə o, yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.