Karateçilərimiz Tokioda Karate1 Premyer Liqa turnirinə yollanıb


Digərləri 04 Sen 2019 12:09:00 280 0

Karateçilərimiz Tokioda Karate1 Premyer Liqa turnirinə yollanıb

Azərbaycan milli komandasının bir sıra üzvü 6-8 sentyabrda Tokioda Karate1 Premyer Liqa turnirinə yollanıb.

Bakı. Azərbaycan milli komandasının bir sıra üzvü 6-8 sentyabrda Tokioda Karate1 Premyer Liqa turnirinə yollanıb. Trend-in məlumatına görə, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə 10 idmançı var. Məşqçilərdən kumite üzrə kişilərin baş məşqçisi Bahəddin Kandaz, böyük məşqçi Şahin Xudaverdiyev, qadınların baş məşqçisi Denis Morozov, eləcə də beynəlxalq hakim Cahangir Babayev komanda ilə bir yerdədir. Məşqçilər heyəti Premyer liqanın Yaponiya mərhələsində 9 kişi və 1 qadın idmançının iştrak etməsini məqbul sayıb. Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov və Hümmət Baxşəliyev (-67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (-84 kq), Asiman Qurbanlı (+84 kq), eləcə də İrina Zaretska (-68 kq) kumitedə, Roman Heydərov isə kata yarışlarında çıxış edəcək.