Niderland Bakı-Tbilisi-Qars dəhlizinə qoşulmaqda maraqlıdır (ÖZƏL)


Digərləri 04 Sen 2019 11:55:00 446 0

Niderland Bakı-Tbilisi-Qars dəhlizinə qoşulmaqda maraqlıdır (ÖZƏL)

Niderland Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinə qoşulmağa maraq göstərir

Bakı. Ləman Zeynalova - Niderland Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinə qoşulmağa maraq göstərir. Bunu Trend-ə Niderland Xarici İşlər Nazirliyindən bildiriblər. Nazirlikdən deyiblər ki, BTQ-nin açılışı iqtisadi perspektivləri olan vacib hadisədir: “Azərbaycan tarixən Şərqlə Qərb arasında körpü olub və bu dəmir yolu Avropa ilə Asiya arasında vacib halqa ola bilər. Niderlandın layihəyə rəsmən qoşulması az ehtimal olunsa da, ölkədə bu dəmir yoluna qoşulmaq və Asiyaya, eləcə də əks istiqamətdə məhsulların nəqli üçün aşkar maraq var. Artıq Niderlandın “Cabooter Group” və Ələt limanı arasında yüklərin daşınması üzrə müqavilələr imzalanıb”.