Dəmir Yolları Sabirabadda baş verən qəza ilə bağlı AÇIQLAMA verdi


Digərləri 04 Sen 2019 11:49:41 211 0

Dəmir Yolları Sabirabadda baş verən qəza ilə bağlı AÇIQLAMA verdi

"Azərbaycan Dəmir Yolları" QSC yol-nəqliyyat hadisəsi ilə bağlı açıqlama verib.

Bakı. Ceyhun Ələkbərov - "Azərbaycan Dəmir Yolları" QSC yol-nəqliyyat hadisəsi ilə bağlı açıqlama verib. QSC-dən Trend-ə verilən məlumata görə, açıqlamada deyilir: "Bu gün saat 08 radələrində Osmanlı-Blok Post-51 mənzilinin 52-ci kilometrində yerləşən dəmir yolu keçidində yol-nəqliyyat hadisəsi baş verib. İmişli stansiyasından Şirvan stansiyasına gedən yük qatarı dəmir yolu keçidində hərəkətdə ikən lokomotivin xəbərdaredici siqnalına məhəl qoymayaraq, keçidi keçməyə cəhd göstərən İran vətəndaşı Seyid Rəşidin idarə etdiyi “HOWO” yük maşını ilə toqquşub. Hadisə nəticəsində yük maşını dəmir yolunun üstünə aşaraq yolu bağlayıb və nəticədə dəmir yolunda qatarların hərəkətində fasilə yaranıb". QSC-dən bildiriblər ki, hazırda dəmir yolunda qatarların hərəkətinin bərpası istiqamətində təxirəsalınmaz tədbirlər görülür. Hadisə zamanı xəsarət alan olmayıb, qəzanın baş verməsinə səbəb avtomobilin sürücüsü tərəfindən Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında Qanunu”nun 44-cü maddəsinin tələblərinin pozulması olub.