Türkiyədə hərbi konvoya hücum olub - Şəhid var


Digərləri 04 Sen 2019 11:14:44 210 0

Türkiyədə hərbi konvoya hücum olub - Şəhid var

Türkiyənin Mardin vilayətində hərbi konvoya hücum olub.

Bakı. Rufiz Hafizoğlu - Türkiyənin Mardin vilayətində hərbi konvoya hücum olub. Trend-in məlumatına görə, PKK terror təşkilatı tərəfindən törədilən hücum nəticəsində 1 nəfər hərbçi şəhid olub. Məlumata görə, daha 2 hərbçi yaralanıb. Hadisə ilə əlaqədar Türkiyə Silahlı Qüvvələri tərəfindən ərazidə lokal əməliyyat başlayıb.