Masazırda avtoyuma məntəqəsində faciə: 23 yaşlı işçini cərəyan vurdu


Digərləri 04 Sen 2019 11:08:13 267 0

Masazırda avtoyuma məntəqəsində faciə: 23 yaşlı işçini cərəyan vurdu

Abşeron rayonunda avtomobil yuyan şəxsi elektrik cərəyanı vurub.

Bakı. Samir Əli - Abşeron rayonunda avtomobil yuyan şəxsi elektrik cərəyanı vurub. Trend-in məlumatna görə, hadisə rayonun Masazır qəsəbəsində, "Əlincə" Futbol klubunun qarşısındakı avtoyuma məntəqəsində baş verib. Avtoyuma məntəqəsində işləyən Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Aqapov Vadim Viktoroviç "Zil" markalı yük avtomobilini yuyarkən açıq elektrik xəttinə toxunub. Nəticədə o, yerindəcə dünyasını dəyişib.