Qaradağda qəzaya uğrayan avtomobilin sürücüsünü FHN xilas etdi


Digərləri 04 Sen 2019 10:20:27 232 0

Qaradağda qəzaya uğrayan avtomobilin sürücüsünü FHN xilas etdi

Bakı şəhərinin Qaradağ rayonunda “Shacman” markalı yük avtomobili yol kənarındakı beton maneəyə çırpılıb.

Bakı. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda “Shacman” markalı yük avtomobili yol kənarındakı beton maneəyə çırpılıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.​