Rusiyanın Xalq artisti Bakıda hamam xalatında görüntüləndi FOTO


Digərləri 04 Sen 2019 09:54:00 224 0

Rusiyanın Xalq artisti Bakıda hamam xalatında görüntüləndi  FOTO

Yevgeni Vaxtanqov adına Moskva Dövlət Akademik Teatrının kollektivi ilə bərabər Bakıda qastrol səfərində olan Rusiyanın Xalq artisti Sergey Makovetski paytaxtımızda çəkdirdiyi qeyri-adi fotoları ilə həmkarlarından fərqlənməyi bacarıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, aktyorun fotolarını teatrın direktoru Kirill Krok Feysbuk sosial şəbəkəsində yerləşdirib. Fotolarda Makovetski səhər saatlarında otel nömrəsinin eyvanında hamam xalatında poz verir.

"Bakıda eyvanda daha kimi görmərsən ki...", - Krok fotonu şərh edib.

Qeyd edək ki, Sergey Makovetski Bakıya III M.A.P. Beynəlxalq Teatr Festivalı çərçivəsində gəlib.

(adsgarden = window.adsgarden || []).push({});