Nazirlik Bakıda yanğında xəsarət alanlarla bağlı məlumat yaydı


Digərləri 04 Sen 2019 09:12:00 250 0

Nazirlik Bakıda yanğında xəsarət alanlarla bağlı məlumat yaydı

Səbail rayonu Nizami küçəsində gecə saatlarında baş verən yanğın zamanı 3 nəfər təcili yardıma müraciət edib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə yerinə gələn təcili tibbi yardım briqadasına hər hansı bir yanıq xəsarəti ilə müraciət edən olmayıb: "Təcili yardım briqadasına nevrotik reaksiya diaqnozu ilə 1 kişi və 2 qadın yaxınlaşıb. Müraciət edənlərə yerində yardım göstərilib".

Xatırladaq ki, ötən gün gecə saatlarında Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində üçmərtəbəli binada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.