Nazirlik Bakıda yanğında xəsarət alanlarla bağlı məlumat yayıb


Digərləri 04 Sen 2019 09:06:04 225 0

Nazirlik Bakıda yanğında xəsarət alanlarla bağlı məlumat yayıb

Səbail rayonu Nizami küçəsində gecə saatlarında baş verən yanğın zamanı 3 nəfər təcili yardıma müraciət edib.

Bakı. Samir Əli - Səbail rayonu Nizami küçəsində gecə saatlarında baş verən yanğın zamanı 3 nəfər təcili yardıma müraciət edib. Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, hadisə yerinə gələn təcili tibbi yardım briqadasına hər hansı bir yanıq xəsarəti ilə müraciət edən olmayıb: "Təcili yardım briqadasına nevrotik reaksiya diaqnozu ilə 1 kişi və 2 qadın yaxınlaşıb. Müraciət edənlərə yerində yardım göstərilib". Xatırladaq ki, ötən gün gecə saatlarında Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində üçmərtəbəli binada yanğın baş verib.