Ubinas vulkanının kraterində partlayış qeydə alınıb


Dünya 04 Sen 2019 08:12:00 234 0

Ubinas vulkanının kraterində partlayış qeydə alınıb

Perunun Geofizika İnstitutu Ubinas vulkanının kraterində partlayış qeydə alıb.

Trend-in məlumatına görə, bu barədə İnstitutun "Twitter" səhifəsində məlumat yayılıb.

İnstitutdan verilən məlumata görə, partlayış nəticəsində cənub və cənub-şərq istiqamətlərində 1,3 km hündürlüyündə kül sütunu atılıb.

Qeyd edilir ki, yeni partlayışların baş verməsi və külün atılması istisna edilmir.