Bakıda üçmərtəbəli binada yanğın başlayıb


Digərləri 03 Sen 2019 23:48:58 211 0

Bakıda üçmərtəbəli binada yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində üçmərtəbəli binada yanğın olması barədə məlumat daxil olub

Bakı. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində üçmərtəbəli binada yanğın olması barədə məlumat daxil olub. Nazirlikdən Trend-ə verilən məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.