Hər gün cürbəcür ibadətlər yerinə yetirmək yerinə...


Digərləri 03 Sen 2019 23:20:00 303 0

Hər gün cürbəcür ibadətlər yerinə yetirmək yerinə...

Hədislərdə oxuyuruq ki, hər kim bir ibadətə başlayarsa, ona davam etsin və dayandırmasın. İslam dini istəyir ki, insan hər gün cürbəcür ibadətlər yerinə yetirmək yerinə, bir ibadəti davamlı olaraq yerinə yetirsin və onu dayandırmasın.

Misal üçün, hər cümə axşamı gününün gecəsi "Kumeyl" duası oxuyursa və ya hər cümə günü Cəfər Təyyarın namazını qılırsa, yaxşı olar ki, bu ibadətini davamlı etsin. Həmin ibadət onun üçün mələkə halına düşsün.

Son.az islam.az-a istinadən bildirir ki, misal üçün, hansısa zikri söyləyər və dili həmin zikrə adət edər. Harada olursa-olsun, özündən asılı olmadan dili həmin zikri söyləməyə başlayar. Çünki həmin zikr onun üçün mələkə halına düşmüşdür. Bu mələkə - qalıcı bir adətdir. Allah bu cür adətləri sevir.

Allah Əllamə Təbatəbaiyə rəhmət etsin. Ona sual verilən zaman cavabını verərdi və dili yenə də hərəkətə gələr və zikr söyləyərdi.

(adsgarden = window.adsgarden || []).push({});