Uşaq tərbiyəsində ən effektiv metod hansıdır?


Digərləri 03 Sen 2019 23:10:00 356 0

Uşaq tərbiyəsində ən effektiv metod hansıdır?

İnsanı tərbiyə etməzdən əvvəl, onun ruhi və psixoloji ehtiyaclarını öyrənmək lazımdır.

Qurani-Kərim bizlərə bu yolda tövsiyələr verir və yollar göstərir.

"Həqiqətən bu Qur'an (insan cəmiyyətini) ən möhkəm və sabit yola və dinə hidayət edir və həmişə yaxşı işlər görən möminlərə, onlar üçün (dünyada və axirətdə) böyük bir mükafat olması müjdəsini verir". "İsra" 9).

Baxmayaraq ki, Quran birbaşa uşaq tərbiyəsindən söz açmamışdır, ancaq bəzi Quran dastanları bu mövzunu bizə aydın şəkildə izah etmişdir.

Son.az islam.az-a istinadən bildirir ki, insan adətən nümunə və örnək götürməyi sevən varlıqdır. Ona görə də tərbiyə sahəsində hər nə qədər əməli tərbiyə daha çox olarsa, təsiri də daha çox olar. Uşaq tərbiyəsi adətən nümunə və örnək götürmək yolu ilə başlayar. Çünki uşaq ömrünün ilk illərində ata və anasını örnək götürər və onların etdiyi əməlləri təqlid edər.

Numünə və örnək tərbiyəsi - insan ruhuna dərin izlər qoyan tərbiyədir ki, heç bir zaman onun yadından çıxmaz. Ona görə də Quran buyurur: "(Səmavi) kitabı oxumağınıza baxmayaraq, camaata yaxşılığı əmr edir, özünüzü isə unudursunuz?! Heç fikirləşmirsiniz?!". ("Bəqərə" 44).

"Ey iman gətirənlər, etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? (Niyə əməl etməyəcəyinizi bilə-bilə vəd verirsiniz?). Etməyəcəyiniz bir şeyi deməyiniz Allahın yanında çox mənfurdur". ("Səff" 2-3).

Qurani-Kərim insanlar üçün peyğəmbərləri (ə) örnək qərar vermişdir.

"Şübhəsiz, İbrahim(in) və onunla birlikdə olanlar(ın rəftarın)da sizin üçün gözəl bir örnək vardır". ("Mumtəhənə" 4).

(adsgarden = window.adsgarden || []).push({});