Alimin abiddən üstünlüyü – 14 günlük Ayın ulduzlardan üstünlüyü kimidir


Digərləri 03 Sen 2019 22:50:00 254 0

Alimin abiddən üstünlüyü – 14 günlük Ayın ulduzlardan üstünlüyü kimidir

Qurani-Kərim buyurur: "Ey iman gətirənlər, sizə: "Məclislərdə yer verin!" deyildiyi zaman yer verin ki, Allah da sizə (yer, ruzi, qəlb və Behiştdə) vüsət versin. "(Yer vermək və fəzilət əhlini irəli çəkmək üçün) qalxın!" - deyildiyi zaman qalxın ki, Allah da sizdən iman gətirənlərin və elm verilmiş kəslərin (dünyada və axirətdə) dərəcələrini yüksəltsin. Allah etdiklərinizdən xəbərdardır". ("Mücadilə" 11).

"De: "Məgər bilənlərlə bilməyənlər birdirlər?". Yalnız əsil ağıl sahibləri ibrət götürərlər". ("Zumər" 9).

Həzrət Peyğəmbər (s) buyurur: "Elm istəyində olmaq - hər bir müsəlmana vacibdir. Agah olun ki, Allah Təala elm istəyində olanları sevir".

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "Hər kim elm təhsili almaq üçün yol qət edərsə, Allah behiştə daxil olmaq yolunu onun üçün açar. Mələklər qanadlarını elm istəyində olan üçün açarlar. Çünki onun işinə görə sevinirlər. Həqiqətən, elm istəyində olanlar üçün səmada və yerdə olanlar, hətta dəniz balıqları bağışlanma istəyərlər.

Alimin abiddən üstünlüyü - 14 günlük Ayın ulduzlardan üstünlüyü kimidir.

(adsgarden = window.adsgarden || []).push({});