Bakıda oğlunun avtomobilini tərk edən 67 yaşlı qadın itkin düşdü


Digərləri 03 Sen 2019 22:00:00 227 0

Bakıda oğlunun avtomobilini tərk edən 67 yaşlı qadın itkin düşdü

Bakıda qadın itkin düşüb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib.

Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Şevtsov İlya Vladimiroviç sentyabrın 1-də axşam saatlarında Səbail rayonu, Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi 27 ünvanında idarə etdiyi "Honda" markalı avtomobili saxlayaraq zibil tullantısını atmaq üçün düşüb. O, zibili atıb qayıdarkən anasını - 1952-ci il təvəllüdlü Şevtsova Olqa İliniçananın avtomobildə olmadığını görüb. Qadın avtomobildən düşüb, naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.