Xərçəngin metobolik modeli: Hansı qidalar şişi böyüdür –


Digərləri 03 Sen 2019 21:35:00 228 0

Xərçəngin metobolik modeli: Hansı qidalar şişi böyüdür –

İnsan DNT-də xromosom zədələnməsi xərçəngin markeri ola bilər, amma xəstəliyin faktiki səbəbi deyil. Bu sözləri cərrah-ortoped, doktor Hari Fettke özü xərçəng xəstəliyinə şəxsi timsalında qalib gəkdikdən sonra apardığı araşdırma və əldə etdiyi məlumatlara əsasən bildirib.

Son.az medicina.az-a istinadən həkim xərçəngin metobolik olduğuna əmindir. O, xəstəliyə yüksək miqdarda faydalı yağlar və az miqdarda təmiz karbohidratlardan ibarət pəhrizi ilə qalib gəlib.

2006-cı ildə başlanılan "Xərçəngin genoma atlası" adlı layihə dünyada ən çox maliyyə ayrılan dövlət sifarişli layihə idi və burda xərçəngin genetik amilləri, səbəbləri öyrənilirdi. Lakin layihənin nəticələri gözləniləni vermədi.

Məlumatlar açıq aşkar göstərirdi ki, xərçəng genlərin sadəcə mutasiyası deyildi. Bəzi xərçəng növlərində ümumiyyətlə genetik mutasiya aşkarlanmadı

Bəs əsas təhrikedici faktor nədir?

Qısaca onu deyək ki, xərçəngdə tapılan genetik mutasiyalar prosesə sonra qoşulur. Xəstəlik yaranmazdan öncə genlərdə, hüceyrələrdə mitoxondrial zədələnmələr baş verir ki, bunun nəticəsində nüvə səviyyəsində mutasiyalar prosesi işə salınır.

Məhz genlərin mitoxonrial disfunksiyası orqanizmdə bütün əsas xəstəliklərin köküdür, əsasıdır. Doktor Fetke bildirir ki, mitoxondriyaya səbəblərdən biri qlükoza metobolizmidir. Bu fikri ilk dəfə 1920-ci ildə doktor Otto da irəli sürmüşdü. Nobel mükafatı alan bu alim sübut edib ki, xərçəng hüceyrələrinin energetik metobolizmi sağlam hüceyrələrdən çox fərqlənir.

Şişi nə qidalandırır?

Doktor Varburq deyir ki, şəkər, qənd xərçəngi qidalandırır, yağlar isə ac saxlayır. Sağlam hüceyrə qlükoza və yağlardan keton zərrələri ilə qidalanır, şiş hüceyrələri isə yalnız qlükozadan istifadə edir. Çünki şiş hüceyrələri ketonları mənimsəyə bilmir, ona görə keton xərçəng hüceyrələrini aclığa məhkum edir.

Çox az xərçəng xəstəsi var ki, şişi genetik, irsən qəbul edib. Xərçəngin bu qədər yayılmasına səbəb genlərimiz deyil. Hətta genetik olan bu xəstəliyə meyilli olanlar da həyat tərzi, qidalanma, pəhrizlə hüceyrələrin mitoxondrial funksiyasını tənzimləyə bilər.   Sənayedə emal olunmuş, işlənmiş bütün qidalar, ərzaqlar. Bu qidalar hamısı sərbəst radikalları artırır, orqanizmdə iltihab yaradır.

Bunlara aiddir:

-Yarımdoymuş yağ turşuları -Trans yağlar -Şəklər və emal olunmuş fruktoza qatılmış bütün qidalar -Qarğıdalı siropu -Təmizlənmiş, emal olunmuş taxıl, buğda -Eləcə də süni əlavələr, dadlandırıcılar

(adsgarden = window.adsgarden || []).push({});